Modern.az

Futbolda ağ kart

Futbolda ağ kart

Təhsil

3 Avqust 2015, 20:42


FİFA prezidenti postuna əsas namizəd olan Mişel Platini dünya çempionatının final mərhələlərində iştirakçıların sayını 32 ölkədən 40-a çatdırmaq istəyir. Federasiya rəhbəri daha öncə Avropa çempionatı üçün də eyni addımı atıb. 

O, 2016-cı ildə Fransada keçiriləcək çempionatda komanda sayını 16-dan 24-ə qaldırıb. 

M.Platininin daha bir yeniliyi ağ vərəqənin tətbiqi ilə bağlıdır. Bu, meydandan 10 dəqiqəlik qovulmanı nəzərdə tutur. Nəhayət, UEFA prezidenti 18 yaşdan aşağı futbolçuların transferini qadağan etmək istəyir. 

Qeyd edək ki, Mişel Platini FİFA prezidenti postuna namizədliyini ötən həftə rəsmən açıqlayıb. Seçki 26 fevral 2016-cı ildə Sürixdə keçiriləcək. Ali futbol qurumunun hazırkı prezidenti Yozef Blatter mayın 29-da 5-ci müddətə bu vəzifəyə seçilsə də, bir neçə gün sonra postundan getdiyini açıqlayıb.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama