Modern.az

Kral villasını tərk etməyə məcbur oldu - ƏHALİ ETRİRAZ ETDİ

Kral villasını tərk etməyə məcbur oldu - ƏHALİ ETRİRAZ ETDİ

Təhsil

3 Avqust 2015, 20:58


Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əl Səud Fransanın Rivyera çimərliyində yerləşən villasını tərk etmək məcburiyyətində qalıb.

APA-nın verdiyi xəbərə görə, buna səbəb kralın təhlükəsizliyi məqsədilə çimərliyin ictimaiyyət üçün bağlanması olub. 

Kral Salmanın insanların qanun qarşısında bərabərliyi prinsipini pozduğunu iddia edən 100 mindən çox insan çimərliyin ictimai istifadəyə qaytarılması ilə bağlı petisiya imzalayıb. Kral və onu müşayiət edənlərdən təkcə sakinlər deyil, yerli polis də narazı qalıb. Belə ki, kralı müşayiət edənlər (təxminən 1000 nəfər) villanın ətrafında xanım polislərdən ibarət patrulun olmasına etiraz ediblər. Nəticədə çoxsaylı etirazlardan sonra kral villanı tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, kralın villasında 3 həftə dincələcəyi gözlənilirdi. Mərakeşə yola düşən Səudiyyə kralının yenidən Fransadakı villasına geri dönəcəyi gözlənilir.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama