Modern.az

Tanınmış kino rejissorunun ürəyi əməliyyat edildi

Tanınmış kino rejissorunun ürəyi əməliyyat edildi

Təhsil

3 Avqust 2015, 21:48

Keçmiş SSRİ-nin və Rusiyanın tanınmış kino rejissoru Eldar Ryazanovun vəziyyəti pisləşdikdən sonra təcili ürəyindən əməliyyat edilib.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Ryazanovun təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı qərar avqustun 1-də infarktkeçirən rejissoru həyat yoldaşının xəstəxanaya gətirməsi olub. Müayinədən sonra həkimlər dərhal əməliyat keçirilməsinin vacib olduğunu bildiriblər.

Ryazanovun ürək damarlarında stentləşdirmə aparılıb. Əməliyyat bir neçə saat davam edib. Tibb dairələrindəki mənbələrin verdiyi məlumata görə, Ryazanov hazırda özünü yaxşı hiss edir və həkimlər onu yaxın zamanda reanimasiyadan palataya keçirəcəklərinə ümid edirlər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama