Modern.az

Xarici investorlar Azərbaycanda hostellər tikəcəklər

Xarici investorlar Azərbaycanda hostellər tikəcəklər

İqtisadiyyat

4 Avqust 2015, 00:14


Azərbaycana gələn aztəminatlı turistlər üçün çoxyerli /file/articles/lər tikilməlidir və yaxın vaxtlarda onların inşasına başlamaq lazımdır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Assosiasiya rəsmisi qeyd edib ki, artıq Azərbaycanda /file/articles/lərin tikintisinə xarici investorlar da maraq göstərirlər:

“Bizdə olan məlumata görə, bir çox investor Bakıda /file/articles/lərin tikilməsi sahəsində boşluğun olduğunu gördüklərindən bu sahəyə investisiya yatırmaq istəyirlər. Amma arzu edərdim ki, bu sahəyə investisiyanı Azərbaycanın özünün milli sahibkarları qoysun”.

M.Ağakərimov bildirib ki, Azərbaycana səfər edən turistlərin çoxu Bakıda qaldığından /file/articles/lər də ilk növbədə Bakıda tikilməlidir. Belə obyektlər daha sonra ölkənin turizm regionlarında yaradılmalıdır.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında nisbətən ucuz qiymətli otellərin tikilməsinin vacib olduğunu bildirmişdi.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu