Türkiyədə İnqilabçı Xalq Qurtuluş Partiyası – Cəbhəsi (DHKP-C) təşkilatına qarşı əməliyyatlar başlayıb.
Modern.az saytı xəbər verir ki, İstanbul Əmniyyət Müdirliyinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Sultanqazi, Qaziosmanpaşa, Bağcılarda 13 ünvanda əməliyyat keçirib.
Çoxlu sayda şübhəlinin həbs edildiyi bildirilir. Əməliyyat zamanı Qazi Məhəlləsi İsmət Paşa Küçəsində toplanan və üzləri maskalı etirazçılar polis maşınlarına daşla hücum ediblər.
Qeyd edək ki, bəzi məlumatlarda Suriya prezidenti Bəşər Əsədin DHKP-C-yə dəstək verdiyi iddia olunur. İddialara görə DHKP-C üzvləri Suriya prezidenti Bəşər Əsədin maliyyələşdirdiyi “Şəbbiha” qruplaşması ilə birgə çoxlu sayda terrora imza atıb.
Aqşin Kərimov