“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkisində deputatlığa namizədliyini verməkdə tərəddüd edir.
Bu barədə Modern.az saytına açıqlama verən Ərəstun Oruclu bildirib ki, bu günkü şərait davam edəcəyi halda seçkilərdə iştirak etməyin heç bir mənası yoxdur. Bununla belə o deputatlığa namizəd ola biləcəyini də istisna etməyib:“Amma düzünü desəm hələ dəqiq bir qərarım yoxdur”,-deyə Ərəstun Oruclu söyləyib. Qeyd edək ki, bu ilin noyabr ayında Milli Məclisə növbətiu seçkilər keçiriləcək.
Vüsalə Qəzənfərqızı