Modern.az

Dini Komitə kadr dəyişikliyi ilə bağlı müəmmaya aydınlıq gətirdi

Dini Komitə kadr dəyişikliyi ilə bağlı müəmmaya aydınlıq gətirdi

Təhsil

5 Avqust 2015, 12:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu qurumda aparılan kadr dəyişikliyi ilə bağlı məlumat yayıb.

Komitədən Modern.az-a verilən məlumata görə, son günlər bəzi kütləvi informasiya vasitələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarda Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay Hüseynovun işdən uzaqlaşdırılması ilə bağlı əsassız fikirlər yer alıb:

"Bildirmək istəyirik ki, aparılan kadr dəyişikliklərinə əsasən Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub və hazırda fəaliyyətini davam etdirir. Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib".

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama