Türkdilli Ölkələrin Parlament Assambleyası 8-11 oktyabr 2010 cu il tarixlərində İtaliyanın Palermo şəhərində keçirilmiş ATƏT PA nın payız toplantısında Türkiyə,Qazaxıstan və Azərbaycan nümayəndə heyətlərinin hərtərəfli səyi nəticəsində xüsusi qonaq statusu alıb.
Dünyanın 56 ölkəsinin birləşdiyi, nüfuzlu Beynəlxalq Təşkilat olan ATƏT-in Parlament Assambleyasında təmsil olunmaq TÜRKPA-nın gələcəkdə təşkilatın işində yaxından iştirak etməsinə, plenar sessiyalarda və digər tədbirlərdə çıxış etməsinə,müzakirələrdə iştirak etməsinə şərait yaradacaq. Həmçinin TÜRKPA nın digər beynəlxalq təşkilatlarla koordinativ fəaliyyətinə töhvə verəcək.
Modern.az