Modern.az

Rusiya ordusunun baş qərargah rəisi axtarışa verildi

Rusiya ordusunun baş qərargah rəisi axtarışa verildi

Təhsil

5 Avqust 2015, 15:20


Ukrayna Təhlükəsizik Xidməti Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimovu axtarışa verib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə qurumun istintaq idarəsinin rəisi Qriqori Ostafiyçuk məlumat verib.  

Gerasimovla birlikdə, daha 10 yüksək rütbəli rus zabiti də Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.

“Kiyev məhkəməsi onların həbsi və məhkəmə cəlb olunması barədə məsələni gözdən keçirir”-deyə Ostafiyçuk məlumat verib.  

O əlavə edib ki, 2014-cü ilin avqustunda Ukrayna qoşunları Donetskin İlovaysk rayonunda mühasirəyə alınarkən Gerasimov və bir sıra rus hərbçiləri həmin ərzaidə olublar.  

Ukrayna rəsmiləri ölkənin şərqində separatçılıq hallarının baş qaldırdığı andan etibarən Rusiya ordusunun hərbi hissələrinin və vəzifəli şəxslərinin münaqişəyə müdaxilə etdikləri barədə faktlar səsləndirir.    

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama