Modern.az

Beyləqanda qardaş qardaşı baltalayıb

Beyləqanda qardaş qardaşı baltalayıb

Təhsil

5 Avqust 2015, 15:59


Beyləqanda qətl törədilib.

Yerli sakinlərin APA-ya veridyi məlumata görə, hadisə bu gün rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb. Kənd sakini Xudayar Məmmədov ailədaxili münaqişə zəminində qardaşı, Məhərrəm Məmmədovun başına balta ilə zərbə endirib.   Xəstəxanaya çatdırılan M. Məmmədovu xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyindən dünyasını dəyişib.  

Beyləqan Rayon Polis Şöbəsindən  faktı təsdiqləyiblər. Bildirilib ki, M. Məmmədov başından küt alətdən aldığı xəsarətlə xəstəxanaya daxil olub və daxil olandan bir müddət sonra dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən X. Məmmədov artıq saxlanılıb.  

Faktla bağlı araşdırma aparılır.  

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama