Modern.az

Qənirə Paşayeva “Kitab Günü” keçirdi

Qənirə Paşayeva “Kitab Günü” keçirdi

Ədəbiyyat

5 Avqust 2015, 17:16

Millət  vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB Tovuzun böyük  kəndlərindən olan Düz Cırdaxanda uşaqlar, gənclər üçün İnkişafın yolu kitabdan keçir"  adlı tədbir keçirib. Müəllimlər, kənd ziyalıları  bu cür görüş və tədbirlərin əhəmiyyətinə to xunaraq kitabla  bağlı belə maarifləndirmələrə böyük ehtiyac olduğunu vurğulayıb, uşaqlar kitab hədiyyə etdiyinə görə Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Millət vəkili bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.  O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və  dünyagörüşünün formalaşmasında  mütaliə xüsusi əhəmiyyət kəsb edir.  Q.Paşayeva hər bir gənci eyni zamanda orta məktəb illərindən tariximizi,  ədəbiyyatımızı da yaxşı öyrənməyə çağırıb.  O, hər bir uşaqla ayrıca söhbət edib, kitablar hədiyyə edib və  kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib. 
Deputat uşaqların yay tətilinə buraxılmasına toxunaraq, onları bu zamandan faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran Qənirə Paşayeva onları zamanlarını mənasız işlərə və ya verlişlərə, teleseriallara, şou proqramlarına  ayırmamağa səsləyib. 
“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”. 
Qənirə Paşayeva “gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir” deyib və bu zərərli vərdişlərbarədə geniş söhbət edib. 
Görüşün sonunda Q.Paşayeva uşaqlarla yanaşı, məktəbin kitabxanasına da gənclərin oxuması üçün  çoxlu kitablar hədiyyə edib.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu