Modern.az

Sürücülərə şad xəbər - BENZİNDƏN QAZA KEÇİLİR

Sürücülərə şad xəbər - BENZİNDƏN QAZA KEÇİLİR

5 Avqust 2015, 21:50

"Benzinlə çalışan avtonəqliyyat vasitələrinin mükərrikini qazla iş prinsipinə çevirəcəyik və ondan sonra həmin nəqliyyat vasitələri də sıxılmış qazla çalışacaq". Bunu "Report"a "SOCAR Petroleum CNG"dən bildiriblər. Məlumata görə, bunla bağlı hazırlıq işlərinin bir hissəsi artıq yekunlaşıb: "Həmin işləri görmək üçün yeni texnologiyadan istifadə ediləcək. İtaliyanın məşhur "CuboGas" texnologiyasından istifadə etməyi düşünürük. Çevrilmə işlərinin aparılması üçün artıq müvafiq bina hazırdır. Sadəcə texnologiyanın tətbiqi ilə bağlı bəzi məsələlər dəqiqləşdirilir. Düşünürük ki, qarşıdakı iki ayda bu proses tam yekunlaşacaq və növbəti işlərə başlayacağıq", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, SOCAR qarşıdakı bir neçə il ərzində ölkədə yanacaq bazarında sıxılmış qazın payını 30%-ə çatdırmaq niyyətindədir.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama