Araliq dənizində növbəti gəmi faciəsi baş verib.
Təzminən 700 qeyri-qanuni immiqrant daşıyan gəmi Liviya şəhərində qəzaya ugrayıb. İtalya və İrlandiiya donanmalarına aid gəmilərin dənizə düşən insanları xilas etməyə çalışdıgı xəbər verilir. İrlandiya hərbi səlahiyyətliləri 150-ə qədər insanin suya düşməsini müəyyən etdiklərini söyləyiblər. İtaliyanin sahil təhlükəsizlik xidmətinin səlahiyyətliləri bildiriblər ki, Liviya sahillərindən 15 dəniz mili aralıda qəzaya uğrayan gəmidən yardım cağırışı edilib. Bu cağirişa Sicilya adasındakı sahil təhlükəsizlik qrupları tərəfindən cavab verilib. “ Dignity One” və “Le Niam” adlı donanma gəmiləri qəza baş verən əraziyə gediblər. Məlumata görə, bütün immiqrantların eyni anda bir tərəfə toplanması gəminin çevrilməsinə səbəb olub. Qeyd edək ki, Aralıq dənizi son illərdə immiqrantlar uçun dünyanın ən təhlükəli nöqtələrindən birinə çevrilib. Yalnız bu il Avropaya çatmağa çalışan 2 min immiqrant həyatını itirib. Beynəlxalq Miqrant Təşkilatının açiqladığı məlumata görə 3min 279 nəfər bu sularda dünyasını dəyişib.
Modern.az