Bu gün səhər Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonu ərazisindən rezin qayıqla balıq tutmaq məqsədilə dənizə çıxmış 3 nəfər sahildən 200 m aralıda köməksiz vəziyyətdə qalıb.
Modern.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş FHN xilasediciləri vətəndaşları xilas edib və qayığı yedəyə alaraq sahilə çıxarıblar. Əməliyyat saat 08:09-da başa çatıb.
Modern.az