Modern.az

Azərbaycanda polis mayoru yol qəzasında öldü

Azərbaycanda polis mayoru yol qəzasında öldü

Təhsil

6 Avqust 2015, 11:01


Azərbaycanda polis mayoru avtomobil qəzasında ölüb. 

Modern.az  “Report”a istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru 53 yaşlı Qafar Abbasov Ağsu rayonunda özünə məxsus avtomobillə qəzaya düşüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib. Faktla bağlı araşdırma aparılır.

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama