Evsizlər üçün Moskva mərkəzinin bazasında pulsuz bərbərxana açılıb. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, keçmiş evsiz usta Konstantin İlyevin sözlərinə görə, bərbərxana açmaq təsadüfən ağlına gəlib.
Yarım il əvvəl Konstantinin avadanlığı kimi yalnız qayçısı və stolu olub. Ancaq evsizlər üçün bərbərə çox tələb olub. Nəticədə həqiqi bərbərxana salonu açılıb.
“Burada iki iş yeri var, işçilər də evizlərdir, onlar özləri kimi evsizlərin saçlarını qaydasına salacaqlar”, - “Mərhəmət” mərkəzinin mətbuat katibi Anna Ovsyannikova deyir.
Evsiz Vadim bərbərxananın daimi müştərisidir. Bir ildən çoxdur küçədə yaşayır. Donetsk vilayətindən qaçıb və hələ ki işə düzələ bilmir.