Yerevanın Açapnyak rayonunda ölkənin tanınmış televiziya aparıcısı və ekstrasens Anna Məcnumyan öldürülüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yaşadığı mənzildə cəsədi aşkarlanan 53 yaşlı aparıcının çoxsaylı bıçaq xəsarətləri aldığı müəyyən olunub. Yerli hüquq-mühafizə orqanları tək yaşayan ekstrasensin öldürülməsi ilə bağlı istintaq hərəkətlərinə başlayıblar.
Anna Məcnumyan “Şant TV” kanalında yayımlanan “6-cı hiss” verilişinin aparıcısı və ekstrasens kimi tanınırdı.
Vüqar İsmayılov