Modern.az

Azərbaycanda 46 nəfəri ilan sancıb

Azərbaycanda 46 nəfəri ilan sancıb

Təhsil

6 Avqust 2015, 11:22
“May ayında 11 nəfər, iyun ayında 14 nəfər, iyul ayında 17 nəfər, avqustda isə bu günə qədər 4 nəfər ilan sancmalarla bağlı bizə müraciət edib”. Bu sözləri Modern.az-a açıqlamasında 1 saylı Klinik Xəstəxanasının Toksokologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib. O qeyd edib ki, bunlar əsasən Bakı ətrafı kəndlər və ayrı-ayrı bölgələrdən daxil olan müraciətlərdir:

“Zirə, Maştağa, Xəzər rayonu, əsasən daş karxanası olan yerlər - Güzdək, Qaradağ, Qobustandan ilan sancmalarla bağlı çoxlu müraciət daxil olur. Şirvan, Şamaxı, İsmayıllı, Qəbələ, Şəmkir, Bərdə, Yevlax, Tovuz, Qazax rayonlarından və cənub bölgəsindən bizə ilan sancmalarla bağlı müraciətlər olub. Daha çox gürzə ilanının sancmalarını biz müşahidə edirik”.

Azər Maqsudov qeyd edib ki, istilərlə əlaqədar ilan sancmalar çoxalıb:

“Keçən il aprel ayındna müraciətlər başlamışdı. Bu il havalar sərin keçdiyi üçün may ayının 15-dən sonra birinci müraciət oldu. Avqust ayı qabaqdadır, havalar da isti keçir, ona görə də müraciətləri gözləyirik. Zərdab da təşkil olunub, rayon mərkəzi xəstəxanalarına çatdırılır və heç bir problem yoxdur”.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama