Samarada tapılan kişi meyitinin “Samara qəzeti”nin keçmiş baş redaktoru Roman Xaxalinə məxsus olduğu güman edilir.
Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, meyit avqustun 3-də Samaranın Nekrasovski küçəsində aşkarlanıb. Onun üzərində zorakılıqla öldürülməsi əlamətləri olmayıb. Onun ölümünün səbəbini ekspertiza müəyyənləşdirəcək.
Xaxalin avqustun 2-də yoxa çıxıb.
“Park Qaqarin”in baş redaktoru Sergey Kurt-Adjiev deyib ki, bazar günü təxminən saat 20:30-da Xaxalin keçmiş sinif yoldaşı ilə görüşə gedib, ancaq onunla görüşməyib. Jurnalisti tanıyanlar deyiblər ki, onu çay qırağına gedərkən görüblər.
Modern.az