Modern.az

Məhkəmədə Arif Yunusun halı pisləşdi

Məhkəmədə Arif Yunusun halı pisləşdi

Təhsil

6 Avqust 2015, 12:03


Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam edir.

Modern.az saytının məlumatına görə hüquq müdafiəşilərinin məhkəmə prosesi  yarımqapalı şəraitdə keçirilir.  

Vəkillər məlumat veriblər ki, proses zamanı Arif Yunusun vəziyyəti yenidən pisləşib. O, məhkəmə zalına gətirilərkən durumu yaxşı olmayıb. Bu səbədən iclas başlayan kimi Leyla Yunus həyat yoldaşının vəziyyətinin ağır olduğunu, ona təcili şəkildə tibbi yardım göstərilməli olduğunu bildirib. O, Arif Yunusun infarkt həddində olduğunu deyib.  

Arif Yunus salındıqları şüşə kabinədə otura bilmədiyi üçün oradakı skamyanın üstünə uzadılıb. Vəziyyətin gərgin olduğunu görən hakimlər prosesdə fasilə elan ediblər. Məhkəməyə Təcili Tibbi Yardım çağırılıb.  

Qeyd edək ki, Arif və Leyla Yunuslar dövlətə xəyanətdə ittiham olunur.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama