Modern.az

İxtisas seçimi sona yaxınlaşır - 23299 abituriyent seçim edib

İxtisas seçimi sona yaxınlaşır - 23299 abituriyent seçim edib

Təhsil

6 Avqust 2015, 12:09



Ali təhsil müəssisələrinin I-IV qrupları üzrə 23299 nəfər elektron ərizəsini təsdiq edib. Tələbə Qəbulu üzrə Dövlət Komisisyasından (TQDK) Modern.az-a verilən məlumata görə, 8019 nəfər I qrup, 6929 nəfər II qrup, 6461 nəfər III qrup, 1890 nəfər isə IV qrup üzrə öz ərizələrini təsdiq ediblər.

V qrup üzrə isə cəmi 4108 nəfər öz elektron ərizəsini təsdiq edib.  

Qeyd edək ki, abituriyentlərin elektron ərizələrini təsdiq etməsi avqustun 10-a qədər davam edəcək.

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama