Modern.az

Obama: “ABŞ SSRİ-yə qarşı “soyuq müharibə”ni udub”

Obama: “ABŞ SSRİ-yə qarşı “soyuq müharibə”ni udub”

6 Avqust 2015, 12:58



ABŞ prezidenti Barak Obama bəyan edib ki, onun fikrincə, ölkəsi SSRİ-yə qarşı “soyuq müharibə”ni udub. Modern.az xarici KİV-ə istinadən bildirir ki, onun sözlərinə görə, bu, SSRİ ilə silahlar üzərində nəzarətlə bağlı razılaşma sayəsində baş tutub: “Bütün münaqişələr həll edilməyib, ancaq dünya nüvə fəlakətindən yayına bilib və biz elə məkan əldə etmişik ki, bir dəfə sovet əsgərinə atəş atmadan “soyuq müharibə”də qalib gəlmişik”.

“Soyuq müharibə” SSRİ ilə ABŞ-ın geopolitik qarşıdurması kimi İkinci Dünya Müharibəsindən sonra qəbul olunub və 1991-ci ildə Varşava müqaviləsinin buraxılması və SSRİ-nin çöküşü ilə nəticələnib.  

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama