Modern.az

Şura qalib QHT-lərin maliyyəsini hələ köçürməyib

Şura qalib QHT-lərin maliyyəsini hələ köçürməyib

Qarabağ

14 Oktyabr 2010, 17:42

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sonuncu maliyyə yardımı müsabiqəsinin qalibləri olan QHT-lər oktyabrın 1-dən layihələrin icrasına başlayıblar. Oktyabr ayı yarıya çatsa da, qalib QHT-lərə ayrılan maliyyə vəsaitinin I tranşı hələ onların hesabına köçməyib. Bu barədə Modern.az saytına qrant layihəsi icra edən QHT-lərin  nümayəndələri məlumat veriblər.
Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanovla əlaqə saxlayıb.

F.Qurbanov saytımıza bildirib ki, Dövlət Dəstəyi Şurası Maliyyə Nazirliyindən vəsaitlərin köçürülməsini gözləyir. F.Qurbanov deyib ki, Maliyyə Nazirliyi vəsaiti nə vaxt şuranın hesabına köçürsə, elə o gündən QHT-lərə paylanmağa başlanacaq.

Xatırladaq ki, sentyabrda başa çatan sonuncu müsabiqədə 65 təşkilata 253 min manat qrant ayrılıb.

Vüqar Ağamalıoğlu  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama