Modern.az

“Bank Technique”dən AÇIQLAMA: “Çətinliklərimiz var”

“Bank Technique”dən AÇIQLAMA: “Çətinliklərimiz var”

Təhsil

6 Avqust 2015, 17:31


““Bank Technique”in müəyyən çətinlikləri var, bunları aradan qaldırmaq üçün qüvvəmizi səfərbər edirik.  Xərclərin optimallaşdırılması, bəzi strukturların minimallaşdırılması və müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bütün mümkün tədbirləri həyata keçiririk. 

Bankın dayanıqlı mövqeləri bu çətinliklərin öhdəsindən gəlməyə imkan verəcək, buna əminik. Necə ki, son üç il ərzində məcmu kapital əsaslı şəkildə yüksəldilib, 310 mln. manat vaxtı keçmiş kreditlərin 157 mln. manatın toplanmasına nail olunub".

Modern.az xəbər verir ki,  “Bank Technique” ASC  son vaxtlar bank ətrafında səslənən fikirlərlə bağlı yaydığı bəyanatda bu haqda bildirib. 

Qeyd olunub ki, müştəri vəsaitləri ilə bağlı, mövcud qanunvericiliyin tələblərinə əsasən tam məlumat verə bilməsək də, bununla belə, bəzi portallarda yer alan yazılara aydınlıq gətirmək istəyirik. Adıçəkilən “Araş Medical” yüzlərlə müştərilərimizdən biridir və həmin şirkətin hesabında yazılarda qeyd edilmiş vəsait olmayıb, hesabda olan vəsaitlərin isə hər hansı şəkildə batması təhlükəsi yoxdur.

Bu həmçinin bankda xidmət olunan digər müştərilərə də aiddir”, - bankdan bildirilib.

Mətbuat orqanlarında bankda vəziyyətin ağır olması və “Araş Medical” firmasının “Bank Technique”də 15 mln. manat vəsaitinin batması barədə xəbərlər yayılıb. 

Bankda yoxlamaların məhz “Araş Medical”ın hesabındakı pulların yoxa çıxmasından sonra intensivləşdiyi də yayılan xəbərlər arasında olub. Həmçinin bildirilib ki, "Bank Technique”in bankomatları vasitəsilə nağdlaşdırmaya qoyulan limit də artıq aradan qaldırılıb.

Xatırladaq ki, plastik kart sahibləri gündəlik 200 manatdan çox pul çıxara bilmirdilər. Bu qayda bütün bank kartları üçün qüvvədə olub.

Bununla belə, “Bank Technique”in müştəriləri plastik kartın verildiyi filiala yaxınlaşıb hesabda olan bütün məbləği nağdlaşdıra bilərdilər.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama