Modern.az

Türkiyə suriyalı qaçqınlara nəzarəti gücləndirir

Türkiyə suriyalı qaçqınlara nəzarəti gücləndirir

Təhsil

6 Avqust 2015, 20:33

Avropa ölkələrinə qeyri-qanuni yollarla keçən suriyalıların sahil rayonlarında toplaşmalarına qarşı yeni tədbirlər görüləcək. “Milliyet” gəzetinin  məlumata görə, bunu İzmir valisi Mustafa Torpaq deyib.

Suriyalı qaçqınlar Türkiyənin hər bir yerində olduğu kimi İzmirdə də məskən salıb. Onların küçələrdə yaşaması müzakirə edilərkən İzmir valisi Mustafa Torpaq bu vəziyyətlə əlaqədar olaraq yeni tədbirlərin həyata keçiriləcəyini və eyni zamanda qanunsuz yollarla insan alveri ilə məşğul olan dəstələrə qarşı əməliyyatların da davam edəcəyini açıqlayıb. Türkiyənin coğrafi mövqeyinə görə mühüm bir keçid nöqtəsində yerləşdiyini vurğulayan M.Torpaq miqrantların sahilyanı ərazilərdən çox sərhəddəki şəhərlərdə yerləşdirməsini daha məqsədə uyğun hesab edir:

“Biz Suriyadan İzmirə gələn qonaqlarımızın təhlükəsizliyinə çalışırıq. Nazirliyin sərəncamı ilə İzmirdə 67 min 900 nəfər suriyalı müvəqqəti qeydiyyata alınıb. Lakin İzmir onlar üçün düşərgə və məskunlaşma sahəsi deyil və bu istiqamətdə tədbirlər görülür. Buraya gələn insanlar bilsinlər ki, onlar heç bir mənfi hadisələrdə iştirak etmədən sığınacaq tapdığı yerlərə uyğun bir şəkildə yaşamalıdır”.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama