Modern.az

Di Mariya futbol tarixinin ən bahalı oyunçusu adını qazandı

Di Mariya futbol tarixinin ən bahalı oyunçusu adını qazandı

Təhsil

6 Avqust 2015, 21:48


Argentinalı futbolçu Anhel Di Mariya dünya futbolu tarixində ən bahalı oyunçu adını qazandı. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ən bahalı futbolçuların reytinqi hazırlanarkən oyunçunun bütün transferlərinin ümumi dəyəri nəzərə alınıb.

Belə ki, argentinalı 63 milyon avro qarşılığında “Mançester Yunayted”dən PSJ-yə transfer edilib. O, bir il əvvəl Madrid “Real”ından Mançester təmsilçisinə 75 milyon dollara satılmışdı.

Madridlilər isə öz növbəsində 27 yaşlı futbolçu üçün “Benfika”ya 36 milyon avro ödəmişdi. Portuqaliya təmilçisi 2007-ci ildə futbolçunun keçidi üçün onun ilk klubu olan “Rosario Sentral”a 3 milyon avro vermişdi. Bununla Di Mariyanın transferlərinin ümumi dəyəri hazırda 177 milyon avro təşkil edir.

O, bahalı futbolçuların reytinqində Zlatan İbrahimoviç (172,8 milyon) və Xames Rodrigesi (132,63 milyon) qabaqlayıb.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama