Modern.az

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “aeredrom”da

 “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “aeredrom”da

Təhsil

6 Avqust 2015, 23:16

Bu gün ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" III təsnifat mərhələsi çərçivəsində "Apollon"la cavab matçına çıxıb.

Komandamız rəqibini 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə olaraq play-off mərhələsinə çıxa bilib. 

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk qələbəyə maraqlı reaksiya verib. Belə ki, o, jurnalistlərin qarşısına aerodrom papaqla çıxıb. 

Xatırladaq ki, Qriqorçuk bu barədə hələ “Apollon”un rəqib komanda olduğunu bildiyi zaman danışmışdı. Baş məşqçi rəqib komandanı mәğlub etdiyi təqdirdə mәtbuat konfransına məhz “aerodrom”la gələcəyini anons etmişdi.

 Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama