Modern.az

Polis “Qəbələ" azarkeşlərini niyə döydü? - VİDEO

Polis “Qəbələ" azarkeşlərini niyə döydü? - VİDEO

Təhsil

7 Avqust 2015, 09:35


Dünən axşam AvroLiqanın 3-cü təsnifat mərhələsi çərçəvəsində "Qəbələ" - "Apollon" matçının keçirildiyi "Bakcell Arena" stadionunda xoşagəlməz olaylar baş verib. Modern.az xəbər verir ki, ölkənin əksər idman mediasının məlumatına görə, görüşün son dəqiqələrində tribunada gərginlik yaşanıb.

Şimali Kipr Türk Cümhuriyyətinin bayrağını dalğalandırmaq istəyən "Qəbələ" azarkeşinə polislər tərəfindən müdaxilə edilib. Digər məlumata görə, polisin müdaxiləsinə səbəb "Qəbələ" azarkeşinin Cəniubi Kipr bayrağını cırmağa çalışması olub.  
Müdaxilə zamanı polislər bir azarkeşi tribunadan aşağı yuvarlayıblar. Həmin azarkeşin ağır xəsarət aldığı bildirilir.

Modern.az polisin azarkeşlərlə qaba davranışını əks etdirən videonu təqdim edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama