Modern.az

Müdafiə naziri döyüş tapşırıqları verdi

Müdafiə naziri döyüş tapşırıqları verdi

Ölkə

7 Avqust 2015, 11:42


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə həsr olunan toplantılar keçirib.

Modern.az saytı Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, cəbhə bölgəsində yerləşən hərbi hissə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantılarda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı nazirə məruzələr edilib.

Sonda müdafiə naziri real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi, o cümlədən bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri başa çatıb.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi