Modern.az

“LUKoyl” “Şahdəniz”in maliyyələşdirilməsi üçün 1 milyard dollar kredit aldı

“LUKoyl” “Şahdəniz”in maliyyələşdirilməsi üçün 1 milyard dollar kredit aldı

7 Avqust 2015, 12:04



Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Asiya İnkişaf Bankı (AİB) Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” yatağının işlənməsi üzrə ikinci mərhələnin həyata keçirilməsi üçün “LUKoyl” şirkətinə 1 milyard dollar həcmində kredit ayrılmasını təqdim edib.

Trend-in məlumatına əsasən, kredit üzrə sazişin imzalanma mərasimi bu gün Bakıda keçirilib.

Sindikasiyanın iştirakçıları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Fransanın “Societe Generale”, Çinin “Bank of China”, Hollandiyanın “ING” və İtaliyanın “ UniCredit” bankı olub.

Nəticədə AYİB və AİB-in kreditdə faktiki payı 250 milyon dollar təşkil edəcək.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama