
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Keşlə qəsəbəsində Zaqatala rayon sakini Kamran Məmmədovdan lüləsi və qundağı kəsilmiş “TOZ-B” markalı tüfəng və 40 ədəd patron götürülüb.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı Kamran Məmmədovun tüfəngi satmaq məqsədi ilə Neftçala rayon sakini Amil Heybətovdan alması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə Amil Heybətov da tutulub.
Modern.az