Pakistanın baş naziri Yusif Rza Gilaniyə, xarici işlər naziri Şah Mahmud Qureyşiyə və digər yüksək səviyyəli dövlət məmurlarına sui-qəsd planlaşdıran 7 nəfər saxlanılıb. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Yusif Rza Gilaninin Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla birlikdə selin yaratdiği fəsadları görmək ücün Multan şəhərini ziyarət edərkən baş verib.
Polis rəsmisi Abid Qədri faktla bağlı acıqlama verib. Onun sözlərinə görə, bir kəndin yaxınlığında rəsmilərin avtomobilinə atəş acmağa calışan 7 nəfər saxlanılıb. Sui-qəsdcilərin planının üstü də elə sorğu vaxtı üzə cıxıb.
Abid Qədri eyni zamanda saxlanılan şəxslərin kecən il Multan şəhərində 12 nəfərin ölümü ilə nəticələnən hücumü təşkil edən qruplaşmanın üzvi olduqlarını bildirib.