Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Modern.az-a açıqlamasında bildirib ki, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
“Şimal-Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu 32-34 arası dəyişəcək. Eləcə də regionlarda, dağlıq və dağətəyi rayonlaırmızda gecə və axşam saatlarında şimşək caxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyinin avqustun 8-i və 9-da ayrı-ayrı yerlərdə arabir güclənməsi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 33-38, dağlarda isə günorta saatlarında 22-28 dərəcə arasında dəyişəcəcəyi gözlənilir.
Avqustun ilk günlərində müşahidə edilən 37-41 dərəcə isti hava şəraitindən fərqli olaraq avqustun 6-dan başlayaraq temperaturun 3-4 dərəcə aşağı düşüb. Avqustun 6-dan müşahidə etdiyimiz Şimal-Şərq küəyi bu gün gündüz saatlarından mülayimləşəcək, avqustun 8-i və 9-da mülayim Şərq küləyi əsəcək. Gündüz saatlarında arabir güclənəcək”.
Aytən ZƏHRA