Modern.az

İŞİD-in mətbuat katibi olmaq istəyən jurnalist saxlanıldı

İŞİD-in mətbuat katibi olmaq istəyən jurnalist saxlanıldı

7 Avqust 2015, 14:39

Terror qruplaşması İraq-Şam İslam Dövlətinə (İŞİD) qoşulmaq niyyətini bəyan edən  Hindistanın Mumbai şəhərindən olan jurnalist ölkənin paytaxtı Dehlidə saxlanılıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, özünü “Bütün dünyada sülh naminə” qəzetinin baş redaktoru kimi təqdim edən Zuber Ahmed Xan özünün Facebook səhifəsində yazıb ki, Mumbaidən “Rajdhai Exspress” qatarı ilə Dehliyə gedir və həftənin ikinci günü Hindistan paytaxtında olacaq.

Məlumatda qeyd edilir ki, o, İraq səfirliyinə gedib özünün Hindistan pasportunu verib mətbuat katibi kimi, yaxud dövlət jurnalisti olmaq üçün İŞİD-ə qoşulmaq arzusunda olduğunu bildirəcəkmiş.

Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama