Modern.az saytı xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Püşkatma mərasimdə 20 komanda iştirak edib. Bunlardan 5-i ("Valensiya" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Bayer" (Leverkuzen, Almaniya), "Latsio" (İtaliya), "Sportinq" (Portuqaliya)) mübarizəyə birbaşa pley-off mərhələsindən başlayacaq.
Qalan 15 komanda isə III təsnifat mərhələsinin qalibləri olacaq. Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 18/19 avqust, cavab qarşılaşmaları isə 25/26 avqust tarixlərində keçiriləcək.
Çempionlar:
"Astana" (Qazaxıstan) - APOEL (Kipr)
"Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)
"Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)
"Bazel" (İsveçrə) - “Makkabi” (Təl-Əviv, İsrail)
BATE (Belarus) - "Partizan" (Serbiya)
Qeyri çempionlar:
"Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)
"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)
"Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya)
"Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Valensiya" (İspaniya) - “Monako” (Fransa)