Suriya və İraqdan qayıdan özbəkistanlı qadınlar İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzvlərinin zorakı və alçaldıcı hərəkətlərindən danışıblar. Modern.az xarici KİV-ə istinadən bildirir ki, təşkilatın qurbanlarına çevrilənlərin işini aparan Özbəkistan Daxili İşlər Nazirliyinin polkovniki Soxrab Calilovun sözlərinə görə, İŞİD-in nəzarət etdiyi ərazilərdən qayıdan qadınlar daha çox üzləşdikləri dəhşət və alçaldıcı faktları xatırlayırlar.
“Kişilər orada dini ədəbiyyat oxuyur, hərbi təlimlər keçirlər. Qadınları alçaldaraq xidmətçi kimi əldən-ələ ötürürlər. Mən bir qızın gah bir, gah da digər yaraqlının arvadı olduğunu görmüşəm”, - bunu Özbəkistanın şərqindəki Namanqan vilayətindən olan 24 yaşlı Saodat adlı qız deyib.
Saodatın taleyi Orta Asiya ölkələrindən İŞİD-ə qoşulan çoxsaylı qızların taleyi ilə tamamilə eynidir. 2014-cü ildə Türkiyədə yaşayan oğlan ona tanış olmaq üçün İstanbula gəlib potensial arvadı olmağı təklif edib. bir aydan sonra qadın xoşbəxtliyi acı ümidsizliklə əvəzlənib.
Qızın sözlərinə görə, ərini sən demə, İŞİD öz tərəfinə cəlb edib və onu da özü ilə Suriyaya getməyə məcbur edib. Bir ay sonra qız valideynləri ilə əlaqə yaradıb, yarım ildən sonra Türkiyə polisi daha bir belə qurbanla Saodatı hava limanının pasport qeydiyyatı məntəqəsində həbs edib.
“Bilmirəm, nədənsə ərim geriyə -Türkiyəyə qaçmağma razılaşdı”, - Saodat deyib.
Özbəkistanın Ali Məhkəməsi onu sərhədi qanunsuz keçməkdə təqsirli bilərək barəsində 5 illik hökm çıxarıb və hazırda həbsxanada cəza çəkir. Fərqanə vilayətindən olan daha bir 20 yaşlı qız da sosial şəbəkədə fəal yazışmadan sonra İŞİD-in əlinə düşüb.
“Qızlardan biri yerli olduğmuzu bildirib şəxsi həyatımı Yaxın Şərqdə qurmağımı təklif etdi”, - həmin qız deyib.
Qız Krasnodarda mağazalardan birində satıcı işləyirmiş, yeni tanışı isə ona yeni ailə həyatı qurmağı təklif edib: “Nəticədə mən bir mal kimi Suriyada döyüşən yaraqlıya satıldım. Mən səsimi çıxarmadan və gülümsəyərək hər şeyə tabe olmalıydım, əks halda üstümə qışqırırdılar, hətta vura da bilərdilər”, - qız xatirələrini belə bölüşüb.
Bu ilin may ayında yaşadığı şəhərdə gedən döyüşlər zamanı qız “ailə əsirliyi”ndən qaçaraq Türkiyəyə gəlib, Özbəkistan konsulluğu ilə əlaqə saxlayıb. İndi onun barəsində istintaq gedir və yaxınlarda məhkəmə hökmü elan ediləcək.
Modern.az