
Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Selahaddin Demirtaş sürpriz bir şəkildə getdiyi Brüsseldə barış müddətinin davamı üçün Ankaraya təzyiq göstərilməsinə çağırış edib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Demirtaş NATO-nu da Şimali İraqdakı PKK hədəflərinə yönəlik əməliyyatlara qarşı diqqətə çarpan bir mövqe almağa çağırıb.
HDP rəhbərinin çərşənbə günü sürpriz bir şəkildə getdiyi Brüsseldə təmaslarını davam etdirir. Kürd probleminin sülh yolu ilə həlli üçün Avropa Birliyini aktiv olmağa çağıran Demirtaş deyib:
“Avropa Birliyi PKK ilə Türkiyə arasında müzakirələri çox açıq və diqqətə çarpan bir şəkildə dəstəkləməlidir”. Avropa Birliyinin Ankara ilə PKK lideri Abdullah Öcalan arasında görüşlərin davam etdirilməsi və yeni bir atəşkəs üçün təzyiq etməsini istəyən Demirtaşın fikrincə, NATO da Şimali İraqdakı PKK hədəflərinə yönəlik əməliyyatlara qarşı diqqətə çarpan bir mövqe almalıdır.
Modern.az