Modern.az

Mariya Qaydar Rusiya vətəndaşlığından imtina etdi

Mariya Qaydar Rusiya vətəndaşlığından imtina etdi

7 Avqust 2015, 17:06


Odessa vilayət administrasiyası rəhbərinin müavini Mariya Qaydar Rusiya vətəndaşlığından imtina edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o özü bununla bağlı bəyanat yayıb.

 “Mən imtina ilə bağlı ərizə yazmışam”, - Qaydar bunu Odessanın “Pervıy qorodskoy” televiziyasının efirində deyib.

Qaydarın sözlərinə görə, bir qədər əvvəl İsrailə getməyə hazırlaşsa da, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin təklifini qəbul edib.

Saakaşvilinin özünə müşavir təyin etdiyi rusiyalı fəal Mariya Qaydar iyulun 20-də Rusiya vətəndaşlığından imtina etməyə hazır olduğunu bildirmişdi. Bir müddət əvvəl isə prezident Pyotr Poroşenko Mariya Qaydara Ukrayna vətəndaşlığı verilməsi haqda fərman imzalayıb.
Mariya Qaydar Rusiyanın keçmiş baş naziri Yeqir Qaydarın qızıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama