Modern.az

Çin Qazaxıstanla Azərbaycan arasında körpü tikmək istəyir

Çin Qazaxıstanla Azərbaycan arasında körpü tikmək istəyir

7 Avqust 2015, 17:08

Çin Xəzər dənizi üzərindən Qazaxıstandan Azərbaycana körpü tikilməsini nəzərdən keçirir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  Amerika-Sovet postsənaye iqtisadiyyatı üzrə mütəxəssis Yevgeniy Gilbo məlumat verib.  

“Çindən Avropa Birliyinə torpaq dəhlizlə dənizdən 100-dəfə az yük ixrac edilir. Hətta Rusiya Federasiyası belə Çindən yüklərin böyük əksəriyyətini dəniz üzərindən aparır. Çin “İpək yolu”na qoymaq istədiyindən hardasa 100 dəfə çox əsas logistik investisiyasını “Biorma dəhlizin”nə yönləndirir” deyə Gilbo bildirib.  

Onun sözlərinə görə Rusiyanın texnologiya sahəsində geriliyi onun ərasizindən yükün daşınmasını riskə salır.   Yalnız birinci gün Çindən Trans-Xəzər Beynəlxalq Marşrutu üzrə birinci test qrupu Bakıya gəlib.  

Sentyabrda Trans-Xəzər Beynəlxalq Marşurutu üzrə Türkiyəyə qədər birinci test strukturunun həyata keçirilməsi planlaşdırılır. Lakin Trans-Xəzər Beynəlxalq Marşurutu ilə işləyən dünya şirkəti “DP World” il ərzində 5,5 milyon ton yük keçirilməsini nəzərdə tutur. Bu həmcdə yük Xəzər üzərindən körpünün tikintisinə sərmayə ayrılmasını çətinləşdirir.  

Azərbaycan tərəfdən Trans-Xəzər Beynəlxalq Marşurutunda Azərbaycan Dəmir Yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi iştirak edir.  

Aytən ZƏHRA

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama