Suriya müxalifəti tərkibində Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan Avropa əsilli vətəndaşların sayı açıqlanıb.
Modern.az “Aon” beynəlxalq təşkilatına istinadən xəbər verir ki, Fransa vətəndaşları bu siyahıda liderlik edir. Suriyaya yollanan radikal Fransa vətəndaşlarının sayı 1200 nəfərdən çoxdur. İkinci pillədə Almaniya (650 nəfər ), 3-cü pillədə isə Böyük Britaniya (600 nəfər) gəlir. Suriya müxalifətinə 440 vətəndaşı qoşulan Belçika isə “Aon” təşkilatı tərəfindən 4-cü yerdə qərarlaşdırılıb.“Aon” təşkilatı “İslam dövləti”nin (İŞİD) terror aktları törədə biləcəyi ölkələr sırasında Fransa, Almaniya, Belçika, İrlandiya, Estoniya və Danimarkanın risk qrupuna daxil olduğunu müəyyənləşdirib.
“Aon” transmilli korporasiyası risklərin idarə olunması xidməti göstərir. Təşkilatın 120 ölkədə 500 ofisi və 65 mindən artıq əməkdaşı var.
Vüqar İsmayılov