Modern.az

Təhsil Nazirliyi valideynləri xəbərdar etdi: “ALDANMAYIN!”

Təhsil Nazirliyi valideynləri xəbərdar etdi: “ALDANMAYIN!”

7 Avqust 2015, 17:45


Modern.az
saytı xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov xaricdə təhsil verən kurslarla bağlı valideyinləri diqqətli olmağa çağırıb.

“Son aylar ərzində müxtəlif televiziya kanallarında xaricdə təhsil almaq üçün reklam olunan proqramlarda vəd edilir ki, həmin xarici universitetlərin diplomları Təhsil Nazirliyi tərəfindən tanlınacaq. Bu vəd sadəcə olaraq tamaşaçını aldatmaq və onu tora salmaqdır”.

C.Valehov vurğulayıb ki, Təhsil Nazirliyi heç bir kanal və ya sahibkarlıq subyekti ilə xaricdə ali təhsil almaq vədlərini bölüşmür və birgə əməkdaşlıq etmir.

“Əziz valideynlər “işbazlar”ın Təhsil Nazirliyi adından verilən vədlərinə inanaraq övladlarınızı mənşəyi bəlli olmayan xarici ali təhsil müəssisələrinə göndərməyin”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama