Modern.az

Birinci ledi ilk dəfə camaat qarşısına çıxdı - FOTO

Birinci ledi ilk dəfə camaat qarşısına çıxdı - FOTO

7 Avqust 2015, 18:15


Misirin birinci ledisi İntisar əs-Sisi prezident seçilən əri Abdel Fəttah əs-Sisinin inauqurasiyasından sonrakı bir il ərzində ilk dəfə Sueş kanalının açılış mərasimində iştirak edib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, inauqurasiya 2014-cü ilin iyun ayında baş tutub.

Yerli nəşrlər qeyd ediblər ki, İntisar əs-Sisi qara köynəkdə və ciddi kostyumda olub. Dövlət başçısının həyat yoldaşı həm də hicab taxır. Ancaq üzünü böyük qara gözlüklü eynəkdən görmək mümkün deyil.

Tədbirdə prezidentin bacısı və keçmiş birinci ledi Cahan Sadat da iştirak ediblər. Cahan Sadatın prezident olan əri Ənvər Sadat 1981-ci ildə öldürülüb.

Süveyş kanalının açılış mərasimi avqustun 6-da axşam keçirilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama