Modern.az

Deputatın iki adam öldürən qızı tutuldu

Deputatın iki adam öldürən qızı tutuldu

7 Avqust 2015, 18:32


İrkutskun Oktyabrski rayon məhkəməsi törətdiyi yol qəzası ilə iki nəfərin ölümünə səbəbkar olan 27 yaşlı Yuliya Kiselyova barəsində həbs qətimkan tədbiri haqda qərar çıxarıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, yerli şəhər Dumasının deputatı Janna İsaevanın qızı iki ay təcridxanada saxlanılacaq.

İrkutskdakı qəza iyulun 27-də gecə baş verib.Yuliya Kiselyova “Mercedes”lə işıqforda “Toyota”nı vurub. Bu zaman “Toyota”da Daxili İşlər Nazirliyinin podpolkovniki, 4 saylı polis bölməsinin cinayət axtarış rəisi Albert Sokolov və biznesmen Denis Matveev olublar. Onların hər ikisi qəza nəticəsində ölüblər. Hadisə zamanı xəsarətlər alan Kiselyovanın qanında alkoqol aşkarlanıb. Həmin vaxt Tailandda istirahət edən Janna İsaeva dərhal geri qayıdaraq istefa barədə ərizə yazıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama