Modern.az

Hindistanın İrandakı biznes MARAQLARI

 Hindistanın İrandakı biznes  MARAQLARI

7 Avqust 2015, 22:50


İran üzərindən sanksiyaların götürülməsindən sonra Hindistan aktiv şəkildə buraya investisiya qoymaq istəyir ki, Mərkəzi Asiyanın zəngin resurslarına və Avropaya yeni çıxış əldə etsin.

Bunu “Bloomberg” agentliyinə açıqlamasında amerikalı ekspert Maykl Kuqelman söyləyib.

Kuqelman hazırda Mərkəzi Asiyada böyük oyunun getdiyini və Hindistanın bu oyunda yeni oyunçu kimi çıxış etdiyini deyib:

“Hindistan çoxdan Mərkəzi Asiya tərəfə baxır. Hindistanın dövlət şirkətləri “Jawaharlal Neru Port” və “Kandla Port Trust” artıq İranla müqavilə imzalayıb. Müqaviləyə əsasən, İranın Çahbehar limanı təmir ediləcək. Bu modernizasiya ölkəyə 85 milyard dollara başa gələcək. Dehli Tehrana çoxmilyardlı investisiyalar qoymaq istəyir. Hindistan məhz İran vasitəsilə Mərkəzi Asiya və Avropaya açılmaq istəyir”. 

Axar.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama