Modern.az

54 Afrika ölkəsinin simvoluna çevriləcək bina

 54 Afrika ölkəsinin simvoluna çevriləcək bina

7 Avqust 2015, 23:52

Mərakeşin ən iri şəhəri olan Kasablankada Afrikanın ən hündür göydələni inşa ediləcək.

 Azərtac-ın “Arxinovosti” saytına istinadla xəbər verir ki, “Valode & Pistre Architects” arxitektura şirkətinin layihəsi əsasında tikilən binanın hündürlüyü 540 metr olacaq. Bina 54 Afrika ölkəsinin simvoluna çevriləcək və onun 114 mərtəbəli olması nəzərdə tutulub.

Göydələnin mərtəbələrin sayı Quranın surələrinin sayını özündə əks etdirəcək. Layihəyə görə, binanın fasadı Afrika ölkələrinin danışdığı 1000 dildə yazılarla bəzədiləcək. Burada nəhəng ticarət mərkəzi, 7 ulduzlu otel və biznes obyektlərinin yerləşdirilməsi planlaşdırılır.

Tikinti işlərinin 2018-ci ildə başa çatdırılması gözlənilir.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama