Modern.az

Ermənistan Gürcüstandan ət idxalına qadağa qoydu

Ermənistan Gürcüstandan ət idxalına qadağa qoydu

8 Avqust 2015, 09:34


Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi Gürcüstandan ət və ət məhsullarının idxalına qadağa qoyub.

Buna səbəb Ermənistanın Armavir vilayətində iki nəfərdə “Sibir xorası” xəstəliyinin qeydə alınması olub. Nazirliyin yaydığı məlumatda deyilir ki, bu günədək ölkədə heyvanlar arasında “Sibir xorası” xəstəliyi qeydə alınmayıb.  

Həmin şəxslər isə bu xəstəliyə məhz Gürcüstandan gətirilən ət məhsullarından yoluxublar.  

Ermənistanın Gürcüstanla sərhədində yerləşən Baqrataşen, Bavra və Qoqovani sərhəd keçid məntəqələrində xüsusi nəzarət qaydaları tətbiq olunur.  

Gürcüstandan ət məhsullarının idxalına qadağanın avqustun 19-dək davam edəcəyi bildirilir. Müddətin uzadılacağı da istisna edilmir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama