"Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirəcəyi ilk oyunun yeri dəyişdirilib.
UEFA-nın rəsmi saytında verilən məlumata görə, birini matç əvvəlcədən nəzərdə tutulduğu kimi Yunanıstanda deyil, Azərbaycanda baş tutacaq.
Bu dəyişiklik təmsilçilərimiz Qarabağ"la "Qəbələ"nin eyni gündə Bakıda meydana çıxmaması üçün edilib. Ağdam klubu "Yanq Boyz"la (İsveçrə) ilk görüşünü avqustun 20-də səfərdə, cavab oyununu isə avqustun 27-də evdə keçirəcək.
Qeyd edək ki, ilk matçını avqustun 20-də Bakıda keçirəcək "Qəbələ" bundan bir həftə sonra Afinada yenidən "Panatinaikos"la cavab qarşılaşması çərçivəsində üz-üzə gələcək.
Modern.az