Modern.az

PKK İranda 20 əsgəri öldürüb

PKK İranda 20 əsgəri öldürüb

8 Avqust 2015, 10:22


PKK-nın İrandakı qolu PJAK Merivanda bir hərbi polis bölməsinə hücum edərək 20 İran əsgərini öldürdüyünü iddia edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, BBC-nin fars dilində yayılan proqramında verilən xəbərə görə isə Kürdüstan əyaləti hökumətinin səlahiyyətliləri hücumu təsdiqləyib, lakin itki olmadığını söyləyiblər.

Bu həftənin əvvəllərində PJAKin əsgəri qanadı YRK kürd əhalinin sıx olduğu Kirmanşah əyalətində 12 İran əsgəri ilə bir İnqilab Gözətçiləri komandirini öldürdüyünü iddia etmiş, bu xəbəri də rəsmi mövqelər təsdiqləməmişdi.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama