Modern.az

Qubad İbadoğlunun genişlənən proqramında nələr var? – Özü CAVABLANDIRDI

Qubad İbadoğlunun genişlənən proqramında nələr var? – Özü CAVABLANDIRDI

Təhsil

8 Avqust 2015, 10:41


“ABŞ-dakı proqramın genişlənməsinə görə, onun müddətinin uzadılması təklifini aldım”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu bildirib. 

Qubad İbadoğli xatırladıb ki, onun bununla əlaqədar müraciəti  ADR İdarə Heyətində müzakirə edilib, məqbul hesab olunduqdan sonra yekun qərar verilib.  

Lakin Qubad İbadoğıu proqramın konkret nədən ibarət olduğunu qeyd etməyib: “Bir müddət də burda qalıb və işlərimi davam etdirəcəyəm. Proqramın yekunları ilə bağlı Azərbaycana qayıdandan da mətbuat vasitəsilə ictimaiyyətə məlumat verəcəyəm”.  

ADR sədri Azərbaycana qayıdacağı tarixi də açıqlamayıb.    

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama