Modern.az

Deputatlığa namizəd seçicilərinə müraciət etdi: “Şirnikləndirmələrə aldanmayın”

Deputatlığa namizəd seçicilərinə müraciət etdi: “Şirnikləndirmələrə aldanmayın”

Qarabağ

15 Oktyabr 2010, 09:42

34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd, müstəqil journalist Azər Həsrət bu gün seçicilərinə müraciət edib. O, seçiciləri ən layiqli olana səs verməyə çağırıb.

”..ətrafınızdakı insanları məhz real ola biləcək namizədə səs verməyə inandırın. Qohumluğa, tanışlığa, yerliçiliyə görə səs verənlərin səsi onsuz da boşa atılmış güllə kimidir. Əsas olan bütün insanların ürəyindən xəbər verən, siyasi oyunbazlıqdan uzaq, halal yolla özünü sizə sevdirə bilən namizədi müəyyən edərək onu da seçməkdir.

Daha bir vəzifəmiz bu seçkilərin dövlətimiz və millətimiz üçün xeyirli nəticələrə gətirib çıxarması üçün vətəndaş sayıqlığının nümayiş etdirilməsidir. Sizə də bəlli olduğu kimi bəzən bəzi siyasi kəsimlərin namizədləri seçiciləri şirnikləndirməklə, aldatmaq və ya qorxutmaqla özlərini millətə deputat kimi sırımaq istəyirlər. Ümid edirik ki, Siz belələrinin yalan vədlərinə və hədələrinə boyun əymədən vicdanınızın səsinə qulaq asaraq əsl ləyaqət nümayiş etdirəcək və məhz özünüzün müəyyən etdiyiniz namizədə də səs verəcəksiniz”.

Əziz seçicilərim! Sizdən daha bir xahişimiz bu seçkilərin normal məcrada keçirilə bilməsi üçün ətrafınızdakı biganə insanları onların səsinin hesaba alınacağına inandırmaqdır. Əmin olun ki, seçicilərin ən azı yüzdə yetmişi səsvermədə iştirak edəcəksə, o zaman kimlərsə onların əvəzinə nəticələri müəyyən edə bilməyəcək. Bu gün bizim dairəmizdə yaranan əlverişli şərait və ölkə rəhbərliyinin də burada şəffaf və ədalətli seçki keçirmək üçün mümkün olan hər şeyi etməsi biz vətəndaşları da bu prosesdə fəal olmağa səsləyir. Ona görə də hamımız əl-ələ, birlikdə bu prosesdən üzüağ çıxmaq üçün insanları səsvermədə fəal olaraq öz istədikləri namizədə səs verməyə inandıra bilməliyik.

Əziz seçicilərim! Mən sizə inanıram və güvənirəm! Mən inanıram ki, siz hər bir namizəd haqqında əlinizə çatan bilgiləri müqayisə edərək ən layiqlisini seçəcəksiniz! Və mən də etimadınızı qazana biləcəyim halda onu doğrultmaq üçün hər şeyi etməyə hazıram! Bunu sözdə deyil, əməlimdə görəcəksiniz!”

Qeyd edək ki, bu dairədə 13 namizəd qeydə alınıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama